"Yuventus"un vingeri Federiko Kyeza İtaliya kubokunun yarımfinal mərhələsində "Latsio"ya qalib gəldikləri (2:0) oyundan sonra komandada böhran olduğunu etiraf edib.
Fanat.Az xəbər verir ki, "Calciomercato" yarımmüdafiəçinin dediklərini belə çatdırıb:
“Yuventus”a qarşı tənqidlər ədalətlidir və ən düzgün olanı iradları dinləmək, özümüzü inkişaf etdirməkdir. Fakt budur ki, bir qələbə bizi bir neçə aydır davam edən böhrandan çıxara bilməyəcək.
“Yuventus”da 110 faiz çalışmalısan – təzyiq çox yüksəkdir. Bu klubda bütün məqsədlərə çatmaq üçün oynamalısan. Bunu sizdən loqo və azarkeşlər tələb edir”.
Qeyd edək ki, "qoca sinyora" növbəti matçını aprelin 7-də evdə "Fiorentina"ya qarşı keçirəcək.
Mirağa