"Mançester Siti" İngiltərə Premyer Liqasının 33-cü turunda "Etihad" stadionunda "Luton"u darmadağın edib (5:1).
Fanat.Az xəbər verir ki, beləliklə, “şəhərlilər” məğlubiyyətsiz ev oyunları seriyasını 41-ə çatdırıb.
"Squawka"-nın hesablamasına görə, uğurlu yürüşə hələ Qətər dünya çempionatından əvvəl başlayan Çempionlar Liqasının hazırkı qalibi özünəməxsus rekordu təkrarlamağa bir oyun qalıb. Belə ki, komandanın bütün yarışlarda evdəki rekord məğlubiyyətsizlik seriyası 42 matça çatır. Bu, 1920-1921-ci illərdə baş verib.
Qeyd edək ki, 1920/21 mövsümünün sonunda "şəhərlilər" ölkənin vitse-çempionu olub.
Məğlubiyyətsizlik seriyasını təkrarlamaq üçün Pep Qvardiolanın komandası iki gün sonra Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşündə "Real Madrid"ə uduzmamalıdır.
Mirağa