20:30 16.04.2024 463

Amrabat İtaliyaya qayıdacaq - \"Fiorentina\"ya yox, bu kluba

Hüquqları “Fiorentina”ya məxsus olan, mövsümü “Mançester Yunayted”də keçirən Sofyan Amrabat İtaliyaya qayıdacaq.

Fanat.Az xəbər verir ki, bu barədə insayder Rudi Qaletti məlumat yayıb.

Mənbənin məlumatına görə, Premyer Liqa klubunun rəhbərliyi müqavilədə Amrabatın alınması ilə bağlı bəndi aktivləşdirməmək qərarına gəlib. Beləliklə, o, yayda "bənövşəyilər"in düşərgəsinə qayıtmalıdır. 

Bu arada, "Milan" mərakeşli yarımmüdafiəçi ilə bağlı durumu izləyir. "Rossonerilər" Amrabatı Sandro Tonalinin əvəzləyicisi hesab edir.

Sofyan Amrabat bu mövsüm 23 oyun keçirib. "Transfermarkt" futbolçunun dəyərini 22 milyon avro qiymətləndirir.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

Facebookdan bizi izləməyi unutmayın.
X