"Real Madrid"in sabiq yarımmüdafiəçisi Stiv Makmanaman Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Kral klubu" ilə "Mançester Siti" arasında keçiriləcək matçdan öncə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, onun sözlərini "Mirror" belə çatdırıb:
"Siti" ÇL-in son qalibidir. Hazırda onlar yüksəlişdədirlər. Artıq İngiltərə Premyer Liqasının turnir cədvəlində də ilk pilləyə qayıdıblar. "Şəhərlilər" evdə qələbə qazansalar, ardı yağ kimi gedəcək. İki il öncə onlar "Real"a dörd qol vurmuşdular, eyni hal ötən il də təkrarlandı. Bu matçda madridlilərin işi çətin olacaq. Gələn mövsüm daha yaxşı "Real" görəcəyik, ancaq indiki durumda tərəfləri müqayisə etsək, deyərdim ki, Madrid klubu "Siti" qədər güclü deyil".
Xatırladaq ki, tərəflərin ilk görüşü 3:3 hesablı bərabərliklə yekunlaşıb.
Nihat