UEFA Konfrans Liqasının finalı Macarıstana keçirilə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə NS-INFO məlumat yayıb.
Məlum olduğu kimi, turnirin həlledici oyunu Afinadakı Ayasofya stadionunda keçirilməlidir. Ancaq iddiaya görə, yerli hüquq-mühafizə orqanları Yunanıstandakı qeyri-sabit siyasi vəziyyətə görə azarkeşlərin təhlükəsizliyinə təminat verə bilmir.
Bu səbəbdən avrokubokun finalı Budapeştdə, "Puşkas Arena"da keçirilə bilər.
Qeyd edək ki, UEFA Konfrans Liqasının finalı - "Olimpiakos" - "Fiorentina" matçı mayın 29-u Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.