Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun Rusiya Federal Vergi Xidmətinə 306 milyon rubldan çox borcu var.
Fanat.Az xəbər verir ki, bu barədə "Mash" məlumat yayıb.
Mənbənin məlumatına görə, idarə karyerasını başa vurmuş qarışıq döyüş sənəti üzrə məğlubiyyətsiz döyüşçü ilə əlaqəli "Eagle FC" promouşunun və xeyriyyə fondunun hesablarını bloklayıb.
Həbib karyerasını bitirdikdən sonra onlarla şirkət açaraq biznesə başladı. O, daha sonra qohumlarını və dostlarını orada qoyub təsisçiliyi tərk edib.
Federal Vergi Xidməti yoxlamaya başlayıb və rəsmi sənədlərdəki etibarsız məlumatlara görə Nurməhəmmədovun bir neçə şirkəti dərhal bağlanıb.
Qeyd olunub ki, Həbib hazırda Türkiyədə otellərə və BƏƏ-də startaplara aktiv şəkildə sərmayə qoyur. Onun Rusiya xəzinəsinə konkret borcu 306 milyon 242 min 929 rubla çatır.