Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, MMA döyüşçüsü sparrinq zamanı ölüb.
Həmin şəxsin adı açıqlanmasa da, onun məşq vaxtı kəllə-beyin travması aldığı üçün həyatla vidalaşıb. Hadisə ilə bağlı ibtidai istintaq aparılır.
Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.