"Mançester Yunayted" rəsmi saytı vasitəsi ilə müdafiəçisi Rafael Varanın cari mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"la müqaviləsinin müddəti bu yay başa çatacaq fransalıya ənənəvi qaydada uğurlar arzulayıb.
Xatırladaq ki, Varan İngiltərə təmsilçisinə 2021-ci ilin avqustunda "Real"dan keçib. "Transfermarkt" portalı 31 yaşlı mərkəz müdafiəçisinin transfer qiymətini 25 milyon avro ilə dəyərləndirir.
Nihat