"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq mümkün istefası barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:
"Mən bu anın çatdığını düşünmürəm. Azarkeşlər komandanı və məni həmişə dəstəkləyirlər. Küçədə gedərkən çox insanlar yaxınlaşır. Azarkeşlər klubun keçid dönəmində olduğunu, hansı problemlərlə üz-üzə qaldığımızı anlayırlar".
Xatırladaq ki, hazırda 54 xalı olan MY İngiltərə Premyer Liqasının turnir cədvəlində 8-ci pillədə mövqe tutub.
Nihat