"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm. Ölkəmi çox sevirəm. Həyat tərzimizi, ünsiyyətimizi, mədəniyyətimizi unutmuram".
Fanat.Az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta Britaniyadakı İspaniya səfirliyində çıxış edərkən deyib.
İspan mütəxəssis İngiltərədə xoşbəxt olduğunu, lakin bütün ömrünü ölkəsindən kənarda keçirmək istəmədiyini bildirib:
"Arsenal"da xoşbəxtəm. Mənə göstərilən münasibət ürəyimcədir. Gördüyüm işdən razıyam. Hərçənd bütün ömrümü İspaniyadan kənarda başa vurmaq niyyətində deyiləm".
Qeyd edək ki, Arteta İspaniya Krallığına xidmətlərə və beynəlxalq münasibətlərin inkişafına töhfəyə görə verilən "Katolik İzabella" ordeni ilə təltif edilib.
Nihat