"Barselona" klubu Xavi Ernandesi baş məşqçisi vəzifəsindən istefaya göndərib.
Fanat.Az xəbər verir ki, Kataloniya klubu bunu rəsmi saytı vasitəsilə elan edib.
Xavi 2021-ci ilin noyabrından "Barselona"ya rəhbərlik edirdi. Cəmi bir ay əvvəl klub rəhbərliyi 44 yaşlı mütəxəssisin növbəti mövsümdə də komandanı çalışdıracağını açıqlamışdı.
İspaniya mətbuatının iddiasına görə, almaniyalı Hans-Diter Flik "Barselona"nın yeni baş məşqçisi olacaq.