“Əl Əyn” Asiya Çempionlar Liqasının qalibi olub.
Fanat.Az.xəbər verir ki, BƏƏ təmsilçisi finalın evdə çıxdığı cavab oyununda “Yokohama F.Marinos”a 5:1 hesabı ilə qalib gəlib.
Tərəflərin ilk dueli Yaponiya klubunun 2:1 hesablı qələbəsi ilə bitmişdi.
Beləliklə, “Əl Əyn” tarixində ikinci dəfə Asiya Çempionlar Liqasının qalibi olub. Rekord "Əl-Hilal"a məxsusdur - 4 titul.