"Real Madrid"in 34 yaşlı mərkəz müdafiəçisi və kapitanı Naço Fernandes komandadakı gələcəyinin necə olacağı ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Madrid Universal" onun sözlərini belə çatdırıb:
"Nə edəcəyimi müəyyənləşdirmişəm. Amma bunu indi deməyə hazırlaşmıram. İndi bunun vaxtı deyil. Kapitan olmağım və La Liqanı qazanmağımız fikrimi dəyişdirməyəcək. Artıq son qərarımı vermişəm".
Nihat