Artyom Dzyuba Moskva "Lokomotiv"ini tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı "dəmiryolçular"ın rəsmi saytı yayıb.
Paytaxt təmsilçisi 35 yaşlı forvarda ənənəvi qaydada uğurlar arzulayıb.
Qeyd edək ki, Dzyuba ötən ilin fevralından "Lokomotiv"in formasını geyinirdi. O vaxtdan bəri Moskva təmsilçisinin forması ilə 39 matça çıxan Artyom 12 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan başqa o, vurduğu qolların sayını 160-a çatdıraraq Rusiya çempionatları tarixinin ən yaxşı bombardirləri siyahısında öz rekordunu yeniləyib.
Nihat