Konfrans Liqasının dünən keçirilən final oyununda "Olimpiakos"a 0:1 hesabı ilə uduzan "Fiorentina"nın baş məşqçisi Vinçentso İtalyano yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, "Calciomercato" onun sözlərini belə çatdırıb:
"İkinci dəfə üzr istəyirəm. Üzr istəyirəm, çünki qol vurmaq, hesabda önə çıxmaq və bərabərlik qoluna imza atmaq imkanlarımız var idi. Uşaqlar mümkün olan hər şeyi etdilər, döyüşdülər, tərlədilər... Rəqib qol vəziyyətləri yaratmağa imkan verməsə də, epizodlarımız oldu. Növbəti dəfə uduzmağı haqq etmədiyimiz görüşdə məğlub olduq.
Çox məyusam. Ötən il həm də İtaliya Kubokunun finalında oynadığımızı nəzərə alsaq, ardıcıl 3 finalda məğlub olmaq olduqca üzücüdür. Ola bilsin ki, belə önəmli oyunda qələbə qazanmaq üçün hiyləgərlik və ya bitkinlik çatmadı. Uşaqlara görə məyusam, ancaq futbol belədir. Hətta belə məğlubiyyətləri də qəbul etmək lazımdır".
Xatırladaq ki, "Fiorentina" ötən il də KL-in finalına yüksəlmiş, həlledici oyunda "Vest Hem"ə 1:2 hesabı ilə uduzmuşdu.
Nihat