Ukrayna millisi Almaniyanın ev sahibliyi edəcəyi Avropa Çempionatına son hazırlıq məqsədilə artıq sözügedən ölkəyə yollanıb.
Fanat.Az xəbər verir ki, günün ikinci yarısında qitə çempionatının keçiriləcəyi ölkəyə ayaq basan Sergey Rebrovun komandası Erlangen şəhərində məskunlaşıblar.
Ukrayna yığması Almaniyanın beşinci divizionunda çıxış edən "Eltersdorf" klubunun meydançasında yüngül məşqə çıxıblar.
“Göy-sarı” komandada iştirak edən 24 futbolçunun hamısı məşqdə iştirak etsə də, zədədən sonra reabilitasiya prosesini başa vuran Georgi Sudakov və Vitali Mikolenko fərdi qaydada çalışıblar.
Xatırladaq ki, Ukrayna iyunun 3-də Nürnberq şəhərində Avropa çempionatı öncəsi yoxlama oyunu keçirəcək. Rəqib turnirin ev sahibi Almaniya millisi olacaq.
Mirağa