Məşhur mütəxəssis Joze Mourinyu İstanbul nəhəngini çalışdıracaq.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış jurnalist Canluka Di Martsio yayıb.
Mənbə Mourinyunun "Fənərbağça" ilə 2 illik müqavilə bağlayacağını açıqlayıb. Məlumata görə, "sarı bülbüllər" portuqaliyalı mütəxəssislə anlaşdıqlarını bu gün rəsmən açıqlayacaqlar.
Qeyd edək ki, 61 yaşlı portuqaliyalı bu ilin yanvarında "Roma"dan qovulub.
Nihat