"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliya bu yay iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı "Corriere dello Sport" yayıb.
Xəbərə görə, gürcü vinger onun xidmətində maraqlı olan PSJ-yə keçmək üzrədir. Mənbə Xviçanın Fransa təmsilçisinə "hə" dediyini bildirib. Neapol klubunun ulduz futbolçunun transferi üçün Paris klubundan 100 milyon avro tələb edəcəyi də diqqətə çatdırılıb.
Qeyd edək ki, cari mövsüm "Napoli" forması ilə bütün turnirlərdə 45 matça çıxan Kvaratsxeliya 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Onun İtaliya klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı ön xətt oyunçusunun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat