Serbiya mətbuatında Belqrad "Partizan"nının qapıçısı Aleksandar Yovanoviçin karyerasını Azərbaycanda davam etdirə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Fanat.Az xəbər verir ki, 31 yaşlı qolkiperin xidmətində "Qarabağ"ın maraqlı olduğu və artıq sözügedən futbolçuya təklif göndərdiyi bildirilib.
Məsələyə aydınlıq gətirmək üçün Ağdam təmsilçisinin baş meneceri Asif Əsgərovla əlaqə saxladıq. Klub rəsmisinin reaksiyası belə oldu: "Hazırda Azərbaycanda deyiləm. Amma məncə, bu, doğru məlumat deyil".
Nihat