Slovakiya millisinin sabiq üzvü Pavol Farkaş yaxın günlərdə "Qəbələ" ilə müqavilə imzalayacaq. Fanat.az sportnet.az-a istinadən xəbər verir ki, artıq 29 yaşlı mərkəz müdafiəçisi Bakıdadı.
"Qəbələ"də baxışa oyunçu dəvət etmək praktikasının olmadığını nəzərə alaraq, Farkaşın birbaşa müqavilə üçün gəldiyini demək olar.
Qeyd edək ki, Pavol Farkaş İtaliyanın "Kyevo" klubuna məxsusdu. O, 2012/13 mövsümündə A Seriyası klubunun heyətində 5 oyun keçirib və 308 dəqiqə oynayıb. Slovakiyalı müdafiəçi 2013/14 mövsümündə icarə əsasında B Seriyası klubu "Ternana"da forma geyinib - 29 oyun, 2470 dəqiqə, 2 qol. Farkaş əvvəllər Slovakiyanın "Nitra", "Petrjalka" və Rumıniyanın "Vasluy" klublarında oynayıb. 29 yaşlı futbolçu milli komandada 2 oyun keçirib.
Fanat.az