13:30 12.06.2024 949

AFFA-nın "döyüşə qocalar gedir" seçimi: "Mühəndis" bunu bacaracaqmı? 

AFFA nəhayət, Azərbaycan millisinə baş məşqçi tapdı. Ötən ilin noyabrından vakant qalan, daha doğrusu, müvəqqəti Arif Əsədova tapşırılan posta tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuş təyin olunub.

"Ronaldunun məşqçisi"


Sözsüz ki, yeni AFFA rəhbərliyi bu təyinatla həm də özünü "reklam" etmək niyyəti güdüb. Necə ki, mərhum Ramiz Mirzəyev braziliyalı Karlos Alberto Torresi, Rövnəq Abdullayev almaniyalı Berti Foqtsu Azərbaycana gətirmişdi, Rövşən Nəcəf də "Kriştianu Ronaldunun məşqçisi"nə güvənməklə diqqətləri üzərinə çəkdi. Onunla uzunmüddətli müqavilə imzalanıb. Qarşısına AÇ-2028-də ciddi uğur qazanmaq tapşırığı qoyulub.
Təbii ki, "çomağın tərs tərəfi" də var, portuqaliyalı uğurlu ola bilməsə, tənqid və təzyiqlərlə üzləşəcək. "Bismillah" etməmiş bəd danışmaq, bədbin proqnoz vermək istəmirik, hər şeyi zaman göstərəcək. Hələliksə, Fernandu Santuşun avtobioqrafiyasına və haqqındakı bəzi maraqlı məlumatlara nəzər salaq.      

Vizit kartı

Tam adı: Fernandu Manuel Fernandes da Kosta Santuş
Ləqəbi: Mühəndis
Doğum tarixi: 10 oktyabr 1954 (69 yaş)

Uşaqlıq və gənclik

Fernandu Santuş 10 oktyabr 1954-cü ildə Portuqaliyanın paytaxtı Lissabonda anadan olub. Uşaqlıqdan futbola sevgisi olan Santuş "Benfika"nın akademiyasına qoşularkən valideynlərinin etirazı ilə üzləşib. Onlar oğullarının məktəbə getməsini istəyiblər. Nəticədə kompromis əldə olundu: Fernanduya təhsil almaq şərti ilə futbol oynamağa icazə verildi. Belədə o, 15 yaşında Lissabondakı Politexnik Məktəbinə daxil olub və elektrik mühəndisi ixtisasına yiyələnib. Məhz buna görə futbolda da "mühəndis" ləqəbini daşıyır. Portuqaliyalı başqa işdə də çalışıb, pul qazanıb. Məsələn, "Palacio" otelində əməliyyatlar üzrə direktor vəzifəsini tutub.

Eyni zamanda, Santuş çox tənbəl olub və yatmağı çox sevib. Buna görə də futbolda böyük nəticələr əldə edə bilməyib. O, özü müsahibələrinin birində bunu etiraf edib: “Bir gün duşa girmək istəyəndə məşqçi məni tutdu: “Niyə məşq etmirsən?”. Cavab verdim ki, artıq məşq etmişəm. “Doğru deyil, mən bir ağacda oturmuşdum və iki dəfə dövrə vuraraq gəzdiyini gördüm. Gedək!". Mən cəzalandırıldım və bir saat pilləkənlərlə yuxarı-aşağı qaçdım”.



İdman karyerası

Fernandu 1971-ci ildən "Benfika"nın gənclər komandasında oynamağa başlayıb və 1973-cü ildə "Eştoril" ilə peşəkar müqavilə imzalayıb. Bu komandada 91 oyun keçirib və iki qol vurub. Sonra "Maritimu"da bir il keçirdikdən sonra yenidən "Eştoril"ə qayıdıb və daha 64 matça çıxıb. Portuqaliyalı peşəkar karyerasını 30 yaşında bitirib.

Santuş məşqçilik karyerasına da "Eştoril"də başlayıb. Sonradan Santuş Portuqaliyanın əsas komandalarında - "Portu", "Benfika" və "Sportinq"də çalışsa da, onun məşqçilik fəaliyyətinin önəmli hissəsi Yunanıstanla bağlıdır. O, AEK, "Panatinaikos", PAOK və Yunanıstan millisinə rəhbərlik edib. O, hətta millini AÇ-2012 və DÇ-2014-ün pley-off mərhələsinə çıxarmağı bacarıb. Yunanıstanda o, xüsusilə sevilir və hətta onilliyin məşqçisi kimi tanınır.

2014-cü ildə Fernandu Santuş Portuqaliya millisinin sükanı arxasına keçib. Portuqaliyalılar onun rəhbərliyi altında 2016-cı ildə tarixində ilk dəfə Avropa çempionu, 2018/19 mövsümündə isə Millətlər Liqasının qalibi olub.

Ancaq DÇ-2022-dən sonra Portuqaliya millisindən ayrılan mütəxəssisin karyerasında eniş göz qabağındadır. Son ilyarım ərzində o, 3 dəfə istefaya göndərilib. Belə ki, ölkəsinin millisindən ayrıldıqdan sonra 2023-cü ilin yanvarında Polşa yığmasının sükanını təhvil alan Santuş elə ötən ilin sentyabrında istefaya göndərilib. Türkiyənin "Beşiktaş" klubundakı fəaliyyəti isə daha qısamüddətli olub. O, İstanbul nəhəngində cəmi 3 ay duruş gətirib. Komandanı meydana çıxardığı 16 matçın yarısından çoxunda (4 heç-heçə, 5 məğlubiyyət) qələbəyə həsrət qalıb.

 
Məşqçi kimi nailiyyətləri

"Portu"

Portuqaliya çempionu (1998/99)
2 qat Portuqaliya kubokunun qalibi (1999/00, 2000/01)
2 dəfə Portuqaliya Superkubokunun qalibi (1998, 1999)
Portuqaliya çempionatının 2 qat gümüş mükafatçısı (1999/2000, 2000/01)
Portuqaliya Superkubokunun gümüş mükafatçısı (2000)

AEK

Yunanıstan kubokunun qalibi (2001/02)
Yunanıstan çempionatının 2 qat gümüş mükafatçısı (2001/02, 2005/06)
Yunanıstan Kubokunun gümüş mükafatçısı (2005/06)
Yunanıstan çempionatının bürünc mükafatçısı (2004/05)

"Panatinaikos"

Yunanıstan çempionatının gümüş mükafatçısı (2002/03)

"Sportinq"

Portuqaliya çempionatının bürünc mükafatçısı (2003/04)

"Benfika"

Portuqaliya çempionatının bürünc mükafatçısı (2006/07)

PAOK

Yunanıstan çempionatının 2 qat gümüş mükafatçısı (2008/09, 2009/10)

Portuqaliya millisi

Avropa çempionu (2016)
Konfederasiyalar Kubokunun bürünc mükafatçısı (2017)
Millətlər Liqasının qalibi (2018/19)

Fərdi uğurları

4 dəfə Yunanıstanda ilin məşqçisi (2002, 2005, 2009, 2010)
Yunanıstanda onilliyin ən yaxşı məşqçisi (2010)
IFFHS-in versiyasına görə ilin məşqçisi (2016)
"Globe Soccer"-in versiyasına görə dünyanın ən yaxşı məşqçisi (2016)

Şəxsi həyatı

Portuqaliyalı mütəxəssis çox dindar bir insandır. O, hətta xristianlıqla bağlı ayrıca kurs da keçib. Bu üzdən mühafizəkar həyat tərzi keçirir. Lissabonda yaşayır və Gilermina Santuş ilə evlidir. Fernandunun ən yaxın dostu Joze Mourinyudur.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
11:54

Bakıda UEFA-nın dəstəyi ilə futbol festivalı keçirildi

11:07

ÇL-in qalibi Xaviyə rəsmi təklif göndərdi

10:47

Azər Salahlı yubiley matçına çıxıb

10:24

"Qarabağ" rekordunu təkrarladı

09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

Facebookdan bizi izləməyi unutmayın.
X