Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Avropa çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində Albaniyaya qarşı bu gün keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, UEFA-nın rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Ola bilsin ki, Albaniya İspaniya qədər güclü deyil, amma hörmətəlayiqdir. Albanlar turnirə yaxşı kökləniblər. Təşkilatlanmış kollektivdir. Biz təmkinli olmalı və diqqəti əldən verməməliyik. Qələbə qazanmaq üçün aqressiv futbol sərgiləməliyik.
Hətta İspaniya ilə oyunda da topu özümüzdə saxlayır, qol vəziyyətləri yaradırdıq. Bu görüşdə daha yaxşı oynamalıyıq. Start "11-lik"də dəyişikliklər olacaq".
Xatırladaq ki, "dama-damalar" ilk turda İspaniyaya 0:3 hesabı ilə uduzublar. Xorvatiya - Albaniya qarşılaşması Bakı vaxtı ilə 17:00-da başlayacaq.
Nihat