Daha bir futbolçumuz legioner həyatı yaşaya bilər. Fanat.az xəbər verir ki, Nuran Qurbanovun ölkə xaricində oynaması mümkündü.
Belə ki, o, hazırda Sloveniyanın "Zavrç" klubu ilə danışıqlar aparır. Nuranın bu kluba keçib-keçməyəcəyi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, Nuran son mövsümdə "Qəbələ"nin əsas heyətində 5 oyuna çıxıb və 202 dəqiqə oynayıb. O, əvvəllər "Muğan", MOİK və "Rəvan"ın formasını geyinib.
Qurbanovu heyətinə qatmaq istəyən "Zavrç" klubu 1998-ci ildə yaradılıb. Eyniadlı şəhəri təmsil edən 3 dəfə 2-ci liqada (2004/05, 2006/07, 2011/12) çempion olan komanda 2012/13 mövsümündə 1-ci liqanın qalibi adını qazanaraq elitaya yüksəlib. Komanda 2013/14 mövsümündə güclülər dəstəsində 5-ci olub. Ev oyunlarını 1200 tamaşaçı tutumu olan "Zavrç Sports Park"da keçirən "Zavrç"a Zelko Orehovaç başçılıq edir.
Fanat.az