Avstriya millisi 1978-ci ildən bəri ilk dəfə böyük turnirlərin qrup mərhələsindəki mübarizəni lider qismində başa vurub.
Fanat.Az xəbər verir ki, məlumatı "OptaJose" portalı yayıb.
Xatırladaq ki, Avstriya seçməsi Almaniyada keçirilən AÇ-2024-də D qrupunda çıxış edib. Ralf Ranqnikin çalışdırdığı kollektiv 6 xal toplayaraq bütün rəqiblərini qabaqlayıb. Sözügedən komanda Fransaya (0:1) uduzub, Polşanı 3:1, Niderlandı 3:2 hesabı ilə üstələyib.
Nihat