İtaliyanın "Roma" klubu baş məşqçi Daniele De Rossi ilə müqavilənin müddətini uzadıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi bu barədə qərarı rəsmi saytında açıqlayıb.
Tərəflər 2027-ci ilin iyununa qədər yeni müqavilə imzalayıblar.
Mütəxəssis 2024-cü ilin yanvarından romalılara rəhbərlik edir. Onun rəhbərliyi altında “qurdlar” Avropa Liqasının yarımfinalına yüksəlib.
“Roma” ötən mövsüm A Seriyasını 6-cı yerdə başa vurub.
Mirağa