"Qəbələ" daha bir futbolçu ilə müqavilə bağlamağa hazırlaşır. Fanat.az xəbər verir ki, bölgə klubu Ukrayna "Tavriya"sının üzvü Ramil Həsənovu heyətinə qatır.
O, bir müddət komandanın məşqlərində iştirak etmiş və baxışdan keçmişdi. Baş məşqçi Dorinel Muntyanunun bəyəndiyi gənc forvardla müqavilə bağlanacaq.
Qeyd edək ki, Ramil "Tavriya"nın U-19 komandasında çıxış edir. 15 fevral 1996-cı ildə dünyaya gələn futbolçu Ukrayna vətəndaşıdı. 18 yaşlı hücumçu ötən mövsüm Ukraynanın U-19 çempionatında 22 oyun keçirib və 4 qol vurub.
Fanat.az