16:44 26.06.2024 1433

"Neftçi"nin yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

“Neftçi”nin baş məşqçisi vəzifəsinə təyinat gerçəkləşib.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, ukraynalı mütəxəssis Roman Qriqorçukdur. 

Təcrübə mübadiləsi məqsədilə beynəlxalq tədbirdə iştirak etmək üçün Bakıda səfərdə olan Qriqorçukla anlaşma əldə olunub və 2 illik müqavilə imzalanıb.

Məşqçilik fəaliyyətinə 1998-ci ildə köməkçi məşqçi kimi başlayan, 2000-ci ildən etibarən isə baş məşqçi postunu tutan mütəxəssis Latviyanın “Dinaburq” (1998-2005) və “Ventspils” (2005-2009), vətənində “Metallurq” (2009-2010) və “Çernomorets” (2010-2014, 2021-2024-cü ilin iyun ayınadək), Azərbaycanın “Qəbələ” (2015-2018), Qazaxıstanın “Astana” (2018-2019), Belarusun “Şaxtyor” (2020-2021) klublarında çalışıb.

Təcrübəli məşqçi “Ventspils”dəki fəaliyyəti dövründə klubuna 3 dəfə Latviya çempionluğunu (2006, 2007, 2008), 2 dəfə Latviya kubokunu (2005, 2007) qazandırıb və Latviyanın ən yaxşı məşqçisi adına layiq görülüb (2009). Onun rəhbərliyi altında Odessanın “Çernomorets” klubu 2010/11 mövsümündə Premyer Liqaya çıxıb, 2012/13 mövsümündə isə Ukrayna kubokunun finalçısı olaraq UEFA Avropa Liqasında iştirak etmək hüququ qazanıb və turnirin qrup mərhələsinə yüksəlib. Qriqorçuk komandası ilə Xorvatiyanın “Dinamo” (Zaqreb), Hollandiyanın “PSV Eyndhoven” və Bolqarıstanın “Ludoqorets” (Razqrad) klubları ilə apardığı mübarizələrin nəticəsində 2-ci yeri tutaraq daha bir uğura imza atıb və UEFA Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb. Qriqorçukun “Qəbələ”də çalışdığı 3,5 mövsümlük fəaliyyət dövrünü də uğurlu hesab etmək olar. Belə ki, onun başçılığı altında klub Azərbaycan Premyer Liqasının bürünc və gümüş medallarına yiyələnib, ölkə kubokunun finalçısı olub, eləcə də tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə çıxmağı bacarıb və daha sonra bu uğuru təkrarlayıb. O, həmçinin Qazaxıstan Premyer Liqasının və Superkubokunun qalibi etdiyi “Astana” ilə Avropa Liqasının qrup mərhələsində “Mançester Yunayted” üzərində qələbə qazanıb. 2020-ci ildə Belarus “Şaxtyor”unun "sükanı arxası"na keçib və qısa müddət ərzində klubu ölkə çempionatının və Superkubokunun qalibi edib.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 May 2025
00:51

"Mütləq qalib gəlməliyik" - Siyasət Əsgərov

00:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

29 May 2025
23:49

"Şamaxı" Süleymanovu icarəyə götürdü - RƏSMİ

23:21

Yüksək Liqa: Gümüş və bürünc mükafatçılar bəlli oldular

22:55

DÇ: Yarımfinal mərhələsinin cütləri bilindi

22:20

"Barselona" Raşfordu bu futbolçularının biri ilə dəyişə bilər

21:55

"Əl-Nəsr"in idman direktoru Ronaldu ilə bağlı son vəziyyəti açıqladı - Gedir?

21:35

Minifutbol: Azərbaycan millisi yarımfinalda!

20:43

"İnter"in mükafatı evə gətirəcəyinə ümid edirəm"

20:12

DÇ: Monteneqro yarımfinala yüksəldi

19:53

"İnter" bizdən daha təcrübəli komandadır" - Luis Enrike

19:18

"İndiki futbolda estetikanı nəticədən daha vacib sayırlar" - Fabio Kannavaro

18:50

Region Liqasının finalçısı II Liqada

18:09

Azərbaycanın stolüstü tennisçiləri Daşkənddə medal qazandılar

17:53

Azərbaycan Kubokunun finalına satılan bilet sayı açıqlandı

17:36

Azərbaycanın tanınmış saytlarının rəhbəri Qazaxıstan futbolunda yüksək vəzifəyə təyin olundu

17:17

"Ağır nəticədir, amma futbol səhvləri bağışlamır" - İsko

16:58

Latviya yığmasının millimizlə oyun üçün heyəti açıqlandı

16:40

"Napoli"nin prezidenti Konteni saxlamaq üçün nə etdi?

16:22

Gəncəli veteranlar Mahmud Qurbanova görə "Kəpəz" rəhbərliyinə müraciət etdi - VİDEO

16:04

"Qalatasaray" əfsanəsi ilə vidalaşdı - VİDEO

15:46

"Güllə açılmamış yıxılmaq lazım deyil" - Vasili Berezutski

15:28

"Sabah" Premyer Liqada 5-ci yerdə olmağa layiq deyildi" - Qurban Qurbanov

15:10

Ağdamda dünya çempionu amansızlıqla döyüldü

14:53

"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ

14:36

"Bu gün Kannavaronu meydana buraxmağa utanardıq" - Canluici Buffon

14:17

Növbəti mövsümdən VAR qərarları stadionlarımızda elan olunacaq? - AÇIQLAMA

13:58

"Komanda "Çelsi"nin təzyiqini hiss etdi və ruhdan düşdü" - "Betis"in qapıçısı

13:40

"Çox səbəblərdən qürurlu və xoşbəxtəm" - Entso Mareska

13:21

"Mançester Yunayted" asiyalılarla bacarmadı

13:03

Pelleqrini "Çelsi"nin geridönüşünün səbəbini belə izah etdi

12:45

Premyer Liqada növbəti mövsümün “transfer pəncərələri”nin vaxtı açıqlandı

12:27

İngiltərə futbolu tarixində bu qədər kubok qazanılmamışdı

12:08

"Real Madrid" ulduzu ilə bağlı qərarını dəyişdi - SON DURUM

11:50

Jonatan Ta "Bayern Münhen"də - RƏSMİ

11:16

"Araz-Naxçıvan"da daha bir yeni müqavilə - RƏSMİ

10:58

İspaniya millisinin sabiq oyunçusu klubsuz qaldı

10:39

Finala doğru: Qurbanov 7, Berezutski ilk üçün

10:02

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:43

Premyer Liqada mövsümün rəmzi komandası müəyyənləşdi - Nə "Arsenal"dan oyunçu var, nə də "Mançester Siti"dən

Facebookdan bizi izləməyi unutmayın.
X