Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Fanat.az xəbər verir ki, bu gecə II təsnifat mərhələsinə vəsiqə qazanan ilk komanda müəyyənləşib.
Günün yeganə oyununda Şimali İrlandiyanın "Linfield" klubu Farer adalarının "B36 Torşavn" komandasını qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bununla da ilk oyunda 2:1 hesablı qələbə qazanan "Linfield" mərhələ adlayıb. Şimali İrlandiya təmsilçisi II təsnifat mərhələsində İsveçin AİK klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, bu mərhələnin qalan oyunları iyulun 10-da keçiriləcək. Avropa Liqasında Azərbaycanı 3 komanda təmsil edir. İyulun 10-da "Qəbələ" Bosniya və Hersoqovinada "Şiroki Briyeq"in qonağı olacaq (ilk oyun 0:2), "İnter" Moldovanın "Tiraspol" klubunu qəbul edəcək (3:2). "Neftçi" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq və "Koper" (Sloveniya) - "Çelik" (Çernoqoriya) cütünün qalibi ilə qarşılaşacaqo (5:0).
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab oyunu
8 iyul
Linfield (Şimali İrlandiya) - B36 Torşavn (Farer adaları) 1:1
Qollar: Maykl Xarvill, 17 - Adeşina Laval, 48-pen.
İlk oyun - 2:1.
Fanat.az