Almaniyada təşkil edilən Avropa çempionatının yarımfinalında İgiltərəyə uduzan (1:2) Niderland millisinin kapitanı Vircil van Deyk matçın ardından yığmadakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Mundo Deportivo" 33 yaşlı mərkəz müdafiəçisinin sözlərini belə çatdırıb:
"Millidəki gələcəyimin necə olacağını bilmirəm. Bu yay yaxşı-yaxşı düşünəcəm. Mövsüm çox uzun oldu. Həm çox güc sərf etdik, həm də emosiya".
Xatırladaq ki, AÇ-2024-ün finalında İngiltərə və Fransa yığmaları qarşılaşacaqlar.
Nihat