"İlk matçda Qəbələdə 0:2 hesabilə məğlub olduğumuza görə cütün favoriti "Şiroki Briyeq"di. Amma nəzərə alaq ki, rəqib hər iki qolu bizim səhvlərdən yararlanaraq vurdu". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu deyib.
"Şiroki Briyeq"lə cavab matçı üçün Bosniya və Hersoqovinaya yollanan komandanın rumın çalışdırıcısı mətbuat konfransı keçirib: "Oyunu ətraflı analiz etmişik. Sabah bu səhvləri təkrarlamadan və sonadək mübarizə aparmaqla turu keçməyə çalışacağıq. İtirəcək heç bir şeyimiz olmadığına görə əsasən hücumu düşünəcəyik. Rəqibimiz yaxşı təşkilatlanmış kollektivdi. Onların futbolçularından kimisə fərqləndirmək istəməzdim".
Fanat.az