"Çelsi"nin və Belçika millisinin hücumçusu Romelu Lukaku karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 31 yaşlı forvard "Napoli"nin maraq dairəsindədir.
Bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb. Mənbənin məlumatına görə, Neapol təmsilçisinin rəhbərliyi "Çelsi"yə 25 milyon avro təklif edib. Halbuki italyanların futbolçu üçün ilk təklifi 18 milyon idi.
"Napoli" ilə belçikalı arasında keçidlə bağlı ilkin razılıq var. Tərəflər 6,5 milyon avro maaşla 3 illik müqavilə imzalayıb. Müqaviləyə anlaşmanın daha bir il müddətinə uzadılması variantı daxil oluna bilər.
Lukaku ötən mövsüm "Roma"da icarə əsasında çıxış edib. 31 yaşlı hücumçu 47 oyun keçirib, 21 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mirağa