Braziliyanın "Flamenqo" klubunun 27 yaşlı hücumçusu Pedro Moskva "Spartak"ına keçməkdən imtina edib.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən jurnalist Vene Kasaqrande yayıb.
Xəbərə görə, Rusiya təmsilçisinin nümayəndələri Pedronun agenti ilə əlaqə saxlasalar, o, müştərisinin "Spartak"da oynamaq istəmədiyini bildirib.
Qeyd edək ki, Pedro 2020-ci ildən "Flamenqo"nun formasını geyinir. İndiyədək komandasının forması ilə 251 matça çıxan forvard bu qarşılaşmalarda 128 qol və 30 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Flamenqo" ilə müqaviləsinin müddəti 2027-ci ilin sonuna qədərdir. "Transfermarkt" portalı Pedronun transfer qiymətini 23 milyon avro ilə dəyərləndirir.
Nihat