Niderland millisinin baş məşqçisi Ronald Kuman "Barselona"ya qayıtmaq istədiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə "Voetbal Zone" nəşrinə danışıb.
Vaxtilə "Barselona"nı çalışdıran Kuman eyni zamanda Kataloniya klubunun prezidenti Joan Laportanı növbəti dəfə qınayıb: “Bu kluba qayıtmağı arzulayıram. Məşqçi kimi yox, fərqli, texniki işçi rolunda. Amma mən bunu başqa prezidentin rəhbərliyi altında edəcəyəm, Laportanın dövründə yox”.
Qeyd edək ki, Ronald Kumanın rəhbərliyi altında Niderland millisi İngiltərəyə uduzduğu AÇ-2024-də yarımfinala yüksəlib.
Mirağa