Rumıniyada keçirilən 20 yaşadək basketbolçular arasında Avropa çempionatı yekunlaşmaq üzrədir.
Fanat.Az xəbər verir ki, turnirin son günündə Azərbaycanın kişilərdən ibarət U-20 yığması 19-cu yer uğrunda görüşə çıxıb.
Ermənistanla qarşılaşan təmsilçimiz 61-71 hesabı ilə uduzub.
Xatırladaq ki, Azərbaycan komandası əvvəlki 5 matçın hamısında məğlub olub.