Bu gün 2024-cü il Yay Olimpiya Oyunları başlayacaq.
Fanat.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən turnirin rəsmi açılış mərasimi 26 iyul tarixinə təyin edilsə də, bu gün 2 idman növündə yarışlar start götürəcək.
Bakı vaxtı ilə saat 17:00-da futbol üzrə Argentina millisi Mərakeşlə, Özbəkistan yığması isə İspaniya ilə üz-üzə gələcək. 19:00-da Qvineya Yeni Zellandiya ilə, Misir Dominikan Respublikası ilə, 21:00-da İraq Ukrayna ilə, Yaponiya Paraqvayla münasibətlərinə aydınlıq gətirəcək. Daha gec saatda, 23:00-da Fransa Amerika Birləşmiş Ştatları ilə, Mali isə İsraillə qarşılaşacaq.
Həmçinin bu gün reqbi üzrə 7 oyun da olacaq.
Azərbaycan Paris-2024-də sözügedən idman növləri üzrə təmsil olunmur. Ölkəmiz turnirdə 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. Bu idman növləri akademik avarçəkmə, atıcılıq, 3x3 basketbol, batut gimnastikası, bədii gimnastika, boks, cüdo, güləş, kamandan oxatma, qılıncoynatma, taekvondo, triatlon, üzgüçülük və yüngül atletikadır.