Tokio 2020-də qadın futbolçuların mübarizəsi başa çatıb.
Fanat.Az xəbər verir ki, finalda İsveç və Kanada üz-üzə gəlib.
Matçın əsas vaxtı 1:1 hesabıyla başa çatıb. Əlavə vaxtda da qol olmayınca qalibi penaltilər seriyası müəyyənləşdirib.
Penaltiləri daha dəqiq yerinə yetirən (3:2) Kanada millisi tarixində ilk dəfə Yay Olimpiya Oyunlarının qalibi olub.
İsveç - Kanada - 1:1, penaltilər seriyası - 2:3
Qollar: Blakstenius (34) - Fleminq (67-penalti)
Qeyd edək ki, dünən Avstraliyanı 4:3 hesabı ilə üstələyən ABŞ yığması Olimpiadanın bürünc medallarına sahib çıxıb.
Nihat