Nigeriyalı idmançı Sintia Oqunsemilore antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Fanat.Az xəbər verir ki, bu barədə Beynəlxalq Dopinq Test Agentliyinin (ITA) mətbuat xidməti məlumat yayıb.
İdmançıdan götürülən nümunədə qadağan olunmuş furosemid maddəsi tapılıb.
22 yaşlı Oqunsemilore boks üzrə yüngül çəkidə mübarizə aparıb. O, 2023 Afrika Oyunlarının qalibidir.
Qeyd edək ki, bundan əvvəl, Parisdə (Fransa) keçirilən Olimpiya Oyunlarında yarışlar öncəsi iraqlı cüdoçu Seccad Sehenin dopinq testi müsbət nəticələnmişdi.