Azərbaycan boksçusu Alfonso Dominges Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında final döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, 92 kq çəki dərəcəsində yarışan milliləşdirilmiş legionerimiz özbəkistanlı Lazizbek Mullojonovla üz-üzə gəlib.
Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb və Dominges gümüş medal alıb.