Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Fanat.Az xəbər verir ki, idmançımız E qrupunun ilk matçında avstriyalı Kollins Filimonla qarşılaşıb.
Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb - 2:0, (21:18, 21:11)
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.