Paris-2024 Yay Olimpiya Oyunlarının atletika yarışları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Anna Skidan bu gün mübarizəyə başlayıb.
Çəkicatmada çıxış edən idmançı təsnifat mərhələsindəki ilk cəhdində 69,58 m, ikinci atışında 69,04 m nəticə göstərib. Skidanın son yanaşması isə 72,55 m olub. Atletimiz B qrupunda hələlik 16 idmançı arasında 3-cü pillədə qərarlaşıb.
Annanın final mərhələsinə vəsiqə qazanıb-qazanmayacağı B qrupundakı çıxışlar yekunlaşdıqdan sonra bəlli olacaq. Həlledici mərhələyə ən yaxşı nəticə göstərən 12 idmançı vəsiqə qazanacaq. Hələlik A qrupunda 2 idmançı bunu rəsmiləşdirib.
Qeyd edək ki, bu proqram üzrə final mərhələsi avqustun 6-da keçiriləcək.