UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları davam edir.
Fanat.Az xəbər verir ki, mərhələnin ilk görüşləri çərçivəsində bu gün daha 4 matç keçirilib.
Bu görüşlərin hamısında qələbə qazanan tərəf meydan sahibləri olub.
Qeyd edək ki, 3-cü mərhələyə dünən bir oyunla (Noah (Ermənistan) – AEK (Afina) - 3:1) start verilib. Qalan görüşlər sabah keçiriləcək. Azərbaycan təmsilçiləri “Sabah” və “Zirə”nin oyunları da avqustun 8-nə təsadüf edəcək.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
7 avqust
Kopenhagen (Danimarka) - Ostrava (Çexiya) 1:0
Hakken (İsveç) - Payde (Estoniya) 6:1
Pakş (Macarıstan) - Mornar (Monteneqro) 3:0
Sankt-Qallen (İsveçrə) - Şlask (Polşa) 2:0