"Brayton"un yarımmüdafiəçisi Billi Gilmor karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Canluka Di Martsio yayıb.
Xəbərə görə, sözügedən oyunçu "Napoli" ilə şəxsi müqavilənin şərtlərini razılaşdırıb. Mənbə klubların yaxın vaxtlarda bu danışıqlara başlayacaqlarını vurğulayıb. Neapol təmsilçisinin İngiltərə klubuna 12+3 milyon avro ödəyəcəyi gözlənilir.
Məlumatda "Napoli"nin "Mançester Yunayted"in yarımmüdafiəçisi Skott Maktomineyi icarəyə götürməyə çalışdığı, lakin "qırmızı şeytanlar"dan "yox" cavabı aldığı da diqqətə çatdırılıb.
Nihat