Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Zirə” və “Sabah” da bu gün növbəti sınaqlarına çıxıblar.
“Sabah” doğma meydanda İrlandiya təmsilçisi “Sent Patriks”lə qarşılaşıb. Masazır təmsilçisi ilk oyunda aldığı minimal hesablı məğlubiyyətin revanşını çıxmağı bacarmayıb. Səfərdə olduğu kimi, bu dəfə də matçın böyük hissəsini azlıqda keçirən təmsilçimiz yenə rəqibinə minimal hesabla uduzub və mübarizəni dayandırıb.
Yarışın 3-cü təsnifat mərhələsində cavab oyunu çərçivəsində “Zirə” Xorvatiyanın “Osiyek” komandasını qəbul edib. Ötən həftə səfərdən heç-heçə ilə qayıdan “Zirə” evdə də 2:2 oynayıb. Əlavə vaxtda əlavə qol olmayıb. Penalti seriyasında gülən tərəf "Zirə" olub. Tyaqo Silva 4 "11 metrə" dəf edib.
Beləliklə "Zirə" Konfrans Liqasının pley-offuna yüksəlib.
UEFA Konfrans Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunları
15 avqust
Sabah – Sent Patriks (İrlandiya) 0:1
Qol: Elbuzedi, 49.
Qırmızı vərəqə: Sofian Çakla, 27.
"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 6. Abdullah Xaybulayev, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 11. Kahim Parris, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko
Ehtiyat oyunçular: 94. Rəvan Mirzəmmədov, 89. Kamran Quliyev, 33. Camal Cəfərov, 17. Tellur Mütəllimov, 22. Abdulla Rzayev, 77. Şakir Seyidov, 14. İqor Noqeyra, 10. Namik Ələskərov, 5. Rəhman Daşdəmirov, 99. Neqos Kupusoviç
Baş məşqçi: Krunoslav Renduliç
"Sent Patriks": 94. Jozef Ananq, 3. Antoni Breslin, 5. Tom Qrivosti, 4. Jozef Redmond (k), 21. Aksel Syöberq, 6. Ceymi Lennon, 17. Romal Palmer, 8. Kris Forrester, 20. Cek Mölreni, 26. Zaxari Elbuzedi, 9. Meyson Melia
Ehtiyat oyunçular: 1. Denni Rocers, 14. Brendon Kavanaq, 30. Al-Amin Kazeem, 18. Aidan Keena, 11. Yason Makklennan, 19. Aleks Nolan, 31. Maykl Noonan, 24. Lyük Terner, 16. Aaron Bolcer, 10. Kian Livi, 23. Rayan Maklaflin.
Baş məşqçi: Stefen Kenni
Hakimlər: Marsel Birsan, Radu Qinquleas, Adrian Vorniku, Andrei Antonie (hamısı Rumıniya)
Masazır. “Bank Respublika Arena.”
İlk oyun – 0:1
Zirə – Osiyek (Xorvatiya) 2:2
Penalti seriyası - 2:1.
Qollar: Qismət Alıyev, 54-pen. Davit Volkov, 90 - Yuqoviç, 37. Matkoviç, 81.
"Zirə": 97. Tyaqo Silva, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 4. Ruan Renato, 32. Qismət Alıyev (k), 6. Eldar Quliyev, 8. İsmayıl İbrahimli, 15. Pyer Zebli, 18. Martins Junior, 23. Rafael Utziq, 90. Davit Volkov.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 99. Səlim Həşimov, 5. Stefan Akka, 7. Məqsəd İsayev, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 19. Salifu Suma, 21. Hacıağa Hacılı, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Rəşad Sadıqov
"Osiyek": 1. Nikola Çalvina, 36. Nail Ömeroviç, 26. Luka Yeleniç, 14. Marko Soldo, 22. Roko Yurişiç, 66. Petar Pusic, 6. Darko Neyaşmiç, 7. Verdan Yuqoviç (k), 39. Domaqoy Bukviç, 9. Kemal Ademi, 34. Anton Matkoviç
Ehtiyat oyunçular: 15. Tin Sayko, 31. Marko Malenika, 4. Kreşimir Vrbanaç, 10. Pedro Lima, 11. Risenio Keval, 18. Niko Farkaş, 43. Dominik Babiç, 46. İvan Bariç, 49. İvano Kolarik, 55. İvan Kviyanoviç, 98. Şimun Mikolçiç
Baş məşqçi: Federiko Koppitelli
Hakimlər: Yulian Veinberqer, Maximilian Kolbitş, Andreas Vitsçniqq, Stefan Ebner (hamısı Avstriya)
Mərdəkan. “Liv Bona Dea Arena”.
İlk oyun – 1:1.