13:30 15.08.2024 2941

"İndiki "Dinamo"da yüksək səviyyəli oyunçu görmürəm" - Aslan Kərimov

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ" 3-cü təsnifat mərhələsində Bolqarıstan "Ludoqorets"ini iki oyunun nəticəsinə görə mübarizədən kənarlaşdırdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda evdə 0:2 hesabı ilə uduzsa da, səfərdə parlaq (7:2) qələbə sayəsində mərhələ adlamağı bacardı. 

"Qarabağ"ın pley-off mərhələsindəki rəqibi Xorvatiya təmsilçisi "Dinamo Zaqreb" olacaq. 

Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "Qarabağ"ın həm "Ludoqorets"lə cavab görüşünü, həm də "Dinamo Zaqreb"lə mübarizədə mərhələ adlamaq şanslarını dəyərləndirməsini istədik. 

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Bakıdakı oyundan sonra da Razqradda qələbə qazanacağımızı təxmin edirdim. Oyunun ssenarisini də təxmin edirdim ki, "Qarabağ" yenə dominantlıq edəcək, daha çox hücumda olacaq, topu özündə saxlayacaq və matçın tempinə uyğun davranacaq. Belə də oldu. Rəqibin müdafiəçisindən topu oğurlayıb qol vurmağımız müjdə idi. Əmin oldum ki, çoxlu top vuracağıq. Bir şeyi nəzərdən qaçırmışdım ki, belə asan qollar buraxacağımızı düşünmürdüm. Hesabı açandan sonra 2 qol buraxıb geri düşdük ki, onlar rəqibin ustalıq səviyyəsindən yox, müdafiənin səhvindən xəbər verirdi. Qapıçımızın çıxışına toxunmaq istəyirəm. Buntiç nəticəyə təsir edən hansısa ciddi səhvə yol vermədi, ancaq qapıda inamsız görünürdü. Bu, hər iki oyunda belə idi. Mən müdafiədə oynasam, onu arxamda güvənə biləcəyim qapıçı kimi hiss etməzdim. Bu məqam hər kəsi bir qədər tədirgin etdi. Rəqibin çox şansı olmadı. Etiraf edək ki, oyun 7:2-lik deyildi, yəni hesab gedişatı əks etdirirdi. Sadəcə, "Ludoqorets" son dəqiqələrdə daha çox risk edərək kor-koranə irəli atıldı və belədə qolları sıraladıq. 

Təxmin edirəm ki, "Dinamo Zaqreb"lə də "Ludoqorets"lə mübarizə üslubunda oyun izləyəcəyik. Bəlkə xorvatların hansısa oyunçusu Bolqarıstan komandasının üzvləri ilə müqayisədə daha keyfiyyətli ola bilər. Amma ümumilikdə "Dinamo" heyət baxımından "Qarabağ"dan üstün görünmür. 7-8 il bundan əvvəl olsaydı, favorit kimi əminliklə Xorvatiya çempionunun adını çəkərdim. Ancaq Zaqreb klubu bu gün o qədər qorxulu deyil. "Dinamo" klubunun siyasəti elədir ki, gənc istedadları tapıb oynadır və sonra baha qiymətə Avropa nəhənglərinə satırlar. Həmin gənclər "Dinamo"da pik səviyyədə olanda komanda təhlükəli olur. Onları satanda komanda da zəifləyir. Amma indiki "Dinamo"da yüksək səviyyəli oyunçu görmürəm. Düşünürəm ki, rəqibdə məhz dediyim keçid dövrüdür. "Qarabağ"ın Bakıdakı görüşdə "Ludoqorets"lə matçdakı qədər səhv etməyəcəyini düşünürəm. Çünki səfər matçında tam dominantlıq edə bilməyəcəyik. İstənilən halda, "Qarabağ"ın pley-offu da keçib qrupa düşəcəyinə inanıram".

Qeyd edək ki, "Qarabağ" "Dinamo" ilə 20 və 28 avqust tarixlərində qarşılaşacaq.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X