12:35 18.08.2024 12065

"Qarabağ"da bu üçlük "cəhənnəm oyunçularıdır" - Renduliç Xorvatiya mətbuatına danışdı

"Sabah" klubunun baş məşqçisi Krunoslav Renduliç ölkəsinin mətbuatına açıqlama verib.

Fanat.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis Çempionlar Liqasının pley-offunda "Dinamo Zaqreb"lə qarşılaşacaq "Qarabağ" barəsində danışıb.

O, məlumat toplamağa çalışan "Veçernji"-nin əməkdaşına vacib siqnallar ötürüb:

“Dinamo” əlbəttə ki, fərdi olaraq daha yaxşıdır, amma iki bərabər oyun gözləyirəm. “Dinamo” onları ciddi qəbul etməlidir, əks halda yaxşı olmayacaq.

"Qarabağ"ın ən böyük keyfiyyətləri Avropada oynamaqla bağlı zəngin təcrübələridir. Onlar komandanı dəyişməyiblər, yalnız qapıçıları Andrey Lunyovu Moskva "Dinamo"suna buraxıblar. Əvəzində bizim Buntiçi (qapıçı Fabiyan Buntiç Xorvatiya əsillidir və bu ölkənin aşağı yaş qruplarından ibarət milli komandarında forma geyinib - red.) və polşalı Koçalskini gətirdilər.

Düzdür, mən "Sabah"la onları çempionatda məğlub etmişəm. Bunu necə bacarmışıq? "Qoriça" və ya "Slaven Belupo" “Dinamo”nu necə məğlub edə bilibsə, biz də elə.
"Qarabağ" daxili liqada, ümimiyyətlə öz meydanında dominant komandadır, hətta bunu "Bayer Leverkuzen"lə Avroliqa matçında da nümayiş etdirdilər. Onlar bütün mövqelərdə güclüdürlər, yaxşı əcnəbiləri var və bütün yaxşı azərbaycanlı futbolçular onların heyətində oynayır. Bu komanda hücumda son dərəcə güclüdür, çoxlu istedada malikdir. Daxili liqada qayda belədir ki, ilk "11-lik"də dörd azərbaycanlı oynamalıdır, Avropada isə imkan daxilində öz əcnəbilərindən istifadə edirlər. Braziliyalı Juninyo çox yaxşı hücumçudur və istənilən komandanı sıradan çıxara bilər. Keçən avrokubok mövsümündə Leverkuzen nəhəngini "öldürdü", hər iki oyununda qol vurdu! "Qarabağ" topa sahib olmaq baxımından yaxşıdır, amma həqiqətən də öldürücü hücum xətti var: Juninyo, əlcəzairli Benzia və fransız Zubir - bu üçlük "cəhənnəm oyunçuları"dır. Topda güclü, gözlənilməz. ..

“Qarabağ” həqiqətən ciddi komandadır və hər cür hörmətə layiqdir. “Dinamo” üçün çətin rəqib olacaq.

Mən o vaxt “Zirə” ilə matçlardan əvvəl osieklilıri də xəbərdar etmişdim: “Onlarla zarafat etməyin, ciddi komandadır!”.
Həqiqətən bu liqa çox gərgin və dinamikdir.

“Qarabağ”ın 16 ildir rəhbərlik edən məşqçisi var. Qurban Qurbanovun klubda bütün səlahiyyətləri var, oyunçuları o seçir, heç kim onun işinə qarışmır.

Əlbəttə, "Dinamo" bu mövsümə əla başlayıb, 3 uğurlu oyun keçiriblər. Amma unutmayın ki, "Qarabağ" artıq 6 oyun keçirib, onlardan dördü avrokubokda. Onlar ötənilki komandanı saxlayıblar, "Dinamo"da isə bir neçə yeni oyunçu var. İndi isə “Qarabağ” bu həftəsonu çempionat oyununu təxirə salıb və “Dinamo” ilə matça hazırlaşır".

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Dinamo Zaqreb"ə qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.

Mirağa

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2025
15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

13:11

Azərbaycan millisi ilk qələbə həsrətinə son qoya biləcək?

12:48

"Barselona"nın futbolçusu bu kluba keçmək üzrədir

12:18

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:56

"İndi beynəlxalq oyunlar üçün yaxşı vaxt deyil" - Tomas Tuxel

11:33

Azərbaycan basketbolçuları mübarizəyə başlayır

11:15

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:56

Donnarumma 0:3-ü belə şərh etdi

10:02

DÇ-2026: İngiltərə ilə Niderlandın səfər sınağı - YENİLƏNİR

09:34

Azərbaycan millisi Latviya ilə üz-üzə - YENİLƏNİR

09:00

Spalletti Norveçdəki fiaskodan sonra nə danışdı?

00:57

DÇ-2026: İtaliya darmadağın oldu, Xorvatiya 7 cavabsız qol vurdu

00:29

Əliyar Ağayev "Lujniki"də avtoqol qeydə aldı, 4 vərəqə göstərdi

06 İyun 2025
23:18

MY forvardını İtaliya nəhənginə sata bilər - MƏBLƏĞ

22:56

Yuriçin A Seriyası klubuna təyinatı rəsmiləşdi

22:17

Assinyon Bundesliqa klubunda - RƏSMİ

21:40

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

21:05

"Seçmə mərhələyə hazırlaşmaq üçün yaxşı zəmindir" - AFFA-nın baş katibi

20:39

AL-in son qalibi qovuldu - RƏSMİ

20:13

"Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq" - Fernandu Santuş

19:55

Azərbaycan millisini Riqada neçə azarkeş dəstəkləyəcək?

19:14

"Roma" Qasperiniyə tapşırıldı - RƏSMİ

18:44

DÇ-2026-nın 10 iştirakçısı bəllidir - ADLAR

18:19

Qasperininin yerini Yuriç tutacaq

17:45

"Azərbaycan millisi ilə keçmişdəki oyunlara baxmırıq" - Latviya yığmasının baş məşqçisi

17:16

Belçika millisinin sabiq çalışdırıcısı İtaliya yolunda - SON DURUM

16:39

Bekhem "Cəngavər" olacaq

16:20

Özbəkistan millisinin futbolçularına prezidentdən hədiyyə

15:47

Federasiya rəsmisi Avropa Qızıl Liqası oyunlarına təyinat aldı

15:17

Yamal son 112 ildə ilk belə futbolçudur

14:50

Messi üçüncü dəfə bu mükafata sahib çıxdı

14:12

Azərbaycan millisi Belarusa yollandı

13:55

"Premyer Liqada oynayan heç bir qapıçıdan zəif deyiləm" - Orxan Sadıqlı ən böyük arzusunu dilə gətirdi

13:19

"Arsenal" braziliyalısı ilə müqavilə yenilədi

12:53

İtaliyalı hakimi qarğışa görə futboldan uzaqlaşdırdılar

12:28

Mbappe Qrizmannın rekordunu qırdı - Tarixdə beləsi olmayıb

Facebookdan bizi izləməyi unutmayın.
X