Xəbər verdiyimiz kimi, 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 may 2013-cü il tarixli Sərəncamına əsasən sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi AFFA-ya həvalə olunub. 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə bağlı namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq UEFA-ya təqdim etmək üçün sifariş kitabının hazırlanması məqsədilə AFFA-nın prezidenti Rövnəq Abdullayevin əmri ilə İşçi Qrup yaradılıb. İşçi Qrupun rəhbəri AFFA-nın baş katibi Elxan Məmmədov təyin olunub. Artıq İşçi Qrupun tərkibi müəyyənləşib:
1. Sərxan Hacıyev
2. Cavid Qarayev
3. Mikayıl Quluyev
4. Könül Mehtiyeva
5. Səbinə Hüseynova
6. Rəmiş Malıyev
7. Elnur Məmmədov
Xatırladaq ki, əmrin icrasına nəzarəti AFFA-nın prezidenti Rövnəq Abdullayev öz üzərinə götürüb.
İdman24.az