Yeni mövsümün hazırlıqlarını davam etdirən “Sərhədçi” heyətinə daha bir basketbolçu qatıb.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi ABŞ-li basketbolçu Marlon Teylorla anlaşıb.
Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Teylorun son klubu Yeni Zelandiya təmsilçisi “Vellinqton Saynts” olub.