“Ordu” klubu heyətinə yeni basketbolçu qatıb.
Fanat.Az xəbər verir ki, "hərbçilər" ispaniyalı basketbolçu Roke ilə anlaşıb.
Bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
182 sm boya malik oyunçu ilə 1 illik müqaviləyə qol çəkilib.
Qeyd edək ki, basketbolçu son olaraq İspaniyanın “Villaqarsiya” klubunun formasını geyinib.