"Naxçıvan" basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, məlumatı bölgə təmsilçisinin mətbuat xidməti yayıb.
ABŞ-dən olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb. 27 yaşlı basketbolçu son olaraq Slovakiyada "BMK Handlova"nın formasını geyinib. .
Qeyd edək ki, Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitro Juravlov ilə yeni müqavilə imzalayıb.