Cənubi Koreya çempionatında mövsümün əsas mərhələsi başa çatıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi "Daejeon" sonuncu - 33-cü turda "Jeju" ilə qarşılaşıb.
Antonun komandası görüşdən 1:2 hesabı ilə məğlub ayrılıb. Müdafiəçimiz bu qarşılaşmada 90 dəqiqə meydanda olub.
Beləliklə, hesabında 35 xal olan "Daejeon" yarışı 11-ci pillədə başa vurub. "Daejeon" sonuncu pillədə qərarlaşan "İnçon"u 3 xal qabaqlayıb.
Qeyd edək ki, reqlamentə əsasən komandalar iki qrupda yarışacaqlar. 5 turdan ibarət mərhələdə ilk "altılıq" yüksək yerlər, ikinci "altılıq" isə liqada qalmaq uğrunda mübarizə aparacaq.